+994 12 310 04 10
Qeydiyyat
Qara qarayev m/s

Bəyannamə Nədir və Necə Doldurulur? - Trendex.az

02.06.2021

Gecikmələrin yaranmaması və bağlama hesabında əks olunması üçün müştəri şəxsi hesabına daxil olaraq, sifarişi haqqında məlumatı əvvəlcədən bəyan etməlidir. Bəyənnamə - müştərinin sifariş etdiyi bağlama haqqında yük xarici anbara daxil olmazdan ƏVVƏL Trendex.az şəxsi hesabında  “BƏYAN  ET” bölməsində məlumat verməsidir. Sifariş haqqında məlumat bağlama xarici anbarlara ÇATDIRILMAMIŞDAN əvvəl qeyd olunmalıdır. Bir daha qeyd edək ki. müştəri məhsulu özü sifariş etdiyi halda sifarişdən dərhal sonra bəyannamənin doldurulması vacibdir. 

Trendex.az saytında bəyannamə necə doldurulur?

Türkiyədən sifariş siz tərəfindən verilirsə, trendex.az saytına daxil olaraq "Öncədən Bəyan Et" (yaşıl fonda) xanasını seçərək mallarınızı bəyan etmək mütləqdir. "Öncədən Bəyan Et" xanasına kliklədikdən sonra aşağıdakı məlumatlar doldurulmalıdır:
1. Malın gəldiyi ölkə
2. Kateqoriya (neçə ədəd mal varsa hər birinin kateqoriyası qeyd edilməlidir)
3. İzləmə nömrəsi (teslimat no)
4. Mağazanın adı
5. İnvoys qiyməti
6. Bağlamada olan məhsul sayı.
Sonda isə invoys faylı yüklədikdən sonra əlavə qeydiniz varsa, qeyd edirsiz, yoxdursa, yadda saxla düyməsinə klikləyirsiniz.


İstisnalar:

Nadir hallarda satıcılar müştərinin bağlamasını izləmə nömrəsi (teslimat numarası) təyin etmədən göndərir. Bu halda yalnız bağlama anbara daxil olduqdan sonra bəyannamə doldurulmalıdır.

Məlumatların düzgün qeyd edilməsi bağlamanın vaxtında çatdırılmasının ilkin şərtidir.

Bağlamanın düzgün bəyan olunması qaydası ilə və bəyannamə ilə bağlı bütün suallarınıza cavabı Trendex-ə zəng edərək də əldə edə bilərsiniz.
+994 12 310 04 10
+994 55 310 04 10

  • Paylaş:

Oxşar xəbərlər

️️ 💝 ️️ 🌟 🎄️️ 🎅️️ 🎄️️ 🎁​️️