+994 12 310 04 10
Qeydiyyat
Qara qarayev m/s

Trendyoldan Azərbaycana sifariş qaydası

28.05.2021

Trendyoldan Azərbaycana sifariş

Son vaxtların ən populyar onlayn alış-veriş mağazalarından biri olan Trendyol Azərbaycanda elektron ticarət üçün istifadə olunan platformalar arasında birinci yeri tutur. Trendex şirkəti olaraq Trendyoldan Azərbaycana sifariş verilməsi, karqoların Azərbaycana çatdırılması üsulları barədə kiçik bir məlumatı sizlərlə bölüşəcəyik.
 

Trendyol mağazasından Bakıya hansı məhsulları sifariş etmək olar?

Trendyol -da tanınmış bir çox mağazanın milyonlarla məhsulu satılır. Azerbaycan e-ticarət istifadəçiləri Trendyol-dan daha çox geyim, parfümeriya, elektronika və müxtəlif ev əşyaları və s. sifariş edir. Amma bu alış-veriş platformasında satışı qanunla qadağan olunmamış hər növ məhsulları da tapa bilərsiniz.

Trendyol onlayn mağazasının tez-tez həyata keçirərək böyük müştəri kütləsi cəlb etdiyi endirim kampaniyaları olur. Endirim kampaniyaları zamanı bəzən məhsulun satış qiymətindən 80%-ə qədər aşağı təkliflər qarşınıza çıxa bilər. Bu baxımdan Trendyol kimi böyük endirimlər təklif edən onlayn platformalardan alış-veriş etmək istifadəçilər üçün çox maraqlıdır.
 

Trendyoldan Azərbaycana sifarişləri necə edə bilərəm?

Trendyol şirkəti Azərbaycana birbaşa çatdırılma həyata keçirmir. Bu səbədən azərbaycanlı istifadəçilər Türkiyədən edilən sifarişlərdə karqo şirkətləri ilə əməkdaşlıq etməlidirlər. Hazırda Azərbaycanda fəaliyyət göstərən yüzlərlə bu cür şirkət var. Trendex karqo şirkəti olaraq biz də sizin Trendyoldan verdiyiniz sifarişləri ən qısa müddətdə və sərfəli qiymətə Azərbaycana çatdırılmasında köməkçi olar bilərik.

Trendyoldan Azərbaycana sifariş vermək üçün siz Trendex.az saytında qeydiyyatdan keçməlisiniz. Saytımızda qeydiyyatdan keçdikdən sonra alış-veriş etmək üçün iki fərqli üsul mövcuddur.

1. Sifariş et xidməti ilə alış-veriş üsulu. Siz Trendyoldan sifariş etmək istədiyiniz məhsulu bizə göndərirsiniz. Biz sizin əvəzinizə həmin məhsulu sifariş edirik və qısa müddətdə Azərbaycandakı ünvanınıza çatdırırıq.

2. Trendyoldan sifarişlərinizi özünüz verirsiniz və Trendex.az bağlamalarınızı sizin Azərbaycandakı ünvanınıza çatdırır.
 

Qayda 1.

Trendex.az saytındakı hesabınıza daxil olub, sifarişlərim bölməsinə keçirsiniz. Daha sonra Trendyoldan almaq istədiyiniz məhsulun linkini kopyalayırsınız. Ardınca sağ üst tərəfdə sifariş düyməsini sıxıb, sifariş etmək istədiyiniz məhsulun linkini link bölməsinə yapışdırırsınız. Məhsulun qiymətini, ölçüsünü, rəngini və s. məlumatlarını tamamlayırsınız.

Eyni anda bir neçə məhsul sifariş etmək istəyirsinizsə, yeni link daxil et düyməsini sıxıb, digər sifarişlərinizi əlavə edirsiniz. Daha sonra göndər düyməsini seçib ödənişi tamamlayırsınız. Standart sifarişləriniz ödəmə tamamlandıqdan sonra iş günü ərzində növbə ilə verilir. Sifariş et xidmətindən istifadə zamanı məhsulun qiymətinin üzərinə 5% bank xərcləri əlavə edilir. Çünki biz sizin üçün ödəmə etdikdə, ödədiyimiz məbləğin üzərinə 5% bank xərci əlavə edilir. Bu çatdırılma haqqı və ya xidmət haqqı deyil. 5% sizin ödəyəcəyiniz məbləğin satıcıya ödənməsinə qədər yaşanan bank xərcidir. 

Qayda 2.

Siz Trendyol saytına daxil olaraq, özünüzə şəxsi hesab yaradırsınız. Azərbaycana çatdırılmasını istədiyiniz məhsulun sifarişi zamanı Trendyol mağazasındakı ünvan bölməsinə Trendex-in Türkiyədəki ünvanını qeyd edirsiniz.Satıcı mağaza sizin sifariş verdiyiniz məhsulu Trendex-in Türkiyədəki anbarına gətirir. Biz isə sifarişlərinizi ən qısa müddətdə Azərbaycandakı ünvanınıza çatdırırıq. Şəxsən sifariş verdiyiniz məhsullar barədə mütləq bəyənnamə əlavə edilməlidir. Bunun üçün siz Trendex.az saytındakı hesabınıza daxil olaraq, sifarişlərim bölməsində "BƏYAN ET" düyməsini sıxırsınız. Bəyannamə bölməsindəki məlumatları tamamlayıb, satıcı mağazadan sizə göndərilmiş invoysu daxil edirsiniz.

Dövlət Gömrük Komitəsində problemlə qarşılaşmamaq üçün bəyannamə mütləq doldurulmalıdır. Bəyannaməsi əlavə edilməmiş məhsullar Bakı Karqo Terminalından buraxılmır.


Türkiyədən Azerbaycana çatdırılma neçə günə baş tutur?

Azərbaycana sifarişlər adətən  5-7 gün ərzində çatdırılır. Çatdırılma müddəti satıcı mağazanın sifarişləri Trendex`in Türkiyədəki anbarına təhvil verdiyi müddətə görə dəyişə bilir. Bağlamalar Trendex-in Türkiyə anbarına daxil olduqdan ən gec 7 gün ərzində Bakıya çatdırılır. Sifarişləriniz Trendex-in baş ofisinə daxil olduqdan sonra siz Trendex-in kuryer xidmətindən istifadə edə və bağlamalarınızın Bakı şəhərində istənilən ünvana çatdırılmasını istəyə bilərsiniz.

Eyni zamanda poçtla Azərbaycanın istənilən nöqtəsinə bağlamalarınızı göndərə bilərik.

Trendex.az

 

  • Paylaş:

Oxşar xəbərlər