+994 12 310 04 10
Qeydiyyat
Qara qarayev m/s

Tez-tez verilən suallar

Sifariş etmək qaydaları

Bağlamaların daşınma haqqı müştərinin istəyinə görə Trendex.az saytından və ya tətbiqindən onlayn, ofisdə nağd və ya POS-terminal vasitəsi ilə həyata keçirilə bilər.

Xarici anbarın iş qrafiki aşağıdakı kimidir:

Türkiyə anbarı:
Bazar ertəsi – Cümə:     10:00 – 19:00
Şənbə:                          10:00 – 14:00
Bazar:                         Qeyri-iş günü


Trendex.az - da qeydiyyatdan keçin

Qeydiyyatdan keçməklə Türkiyədə xarici ünvana sahib olacaqsınız və hesabınızda ünvan qeyd olunacaq.

 

Sifarişi ünvana göndərin

Onlayn mağazalardan alış-veriş edərkən bağlamanızın çatdırılacağı ünvan hissəsinə saytımızda qeyd edilən ünvanı yazın və ödəniş edib sifarişinizi tamamlayın.

 

Bağlamanızı təhvil alın

Anbarımıza təhvil verilmiş məhsulu 3 iş günü ərzində Azərbaycana çatdırırıq.

  • Sürətli çatdırılma xidməti.
  • "Mənim üçün Sifariş Et" xidməti.
  • Onlayn kuryer xidməti.
  • Azərpoçt vasitəsilə rayonlara çatdırılma.
  • Türkiyədə qapıda ödəmə ("Kapıda ödeme") xidməti.
  • Türkiyə anbarında və Bakı ofisində bağlamaların 6 ay ödənişsiz saxlanılması
  • Minimal çatdırılma tarifləri 0.50$-dan başlayan qiymətlər.
  • Türkiyə anbarından ödənişsiz geri qaytarma xidməti.
  • Azərbaycandan geri qaytarma xidməti çəkisindən aslı olmayaraq 12AZN.
  • Operativ müştəri xidmətləri.
  • İnşaatçılar və Qara Qarayev filialları ilə xidmətinizdəyik

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının metrik standartlarına uyğun olaraq daşınan yüklərin çəkisi bağlamaların ölçülərindən asılı olaraq iki cür hesablana bilər:
1. Fiziki çəki 
2. Həcm çəkisi 
Hər iki göstərici hesablanır hansı daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanır. 
Türkiyədən sifariş olunan məhsulların qablaşdırılmış şəkildə üç tərəfinin cəmi 120 santimetrdən çox olarsa bağlamaların daşınma haqqı həm həcm çəkisi, həm də fiziki çəkisi hesablanacaq, hansı çəki göstəricisi daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanacaqdır.
Hesablanma qaydasını nəzərinizə çatdırırq.
En (sm) x Uzunluq (sm) x Hündürlük (sm)/6000 = Həcm çəkisi (kq)

Daşınması qadağan olan məhsullar:

  • Dezodorantlar.

  • Mobil telefonlar.

  • Müxtəlif növ batareyalar, powerbank-lar.

  • Tez xarab olan qida məhsulları.

  • Çılçıraq və çərçivə ( Qablaşdırılması düzgün olmadıqda )

  • Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.

  • Partlayıcı, tezalışan və ya digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar.

  • Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, həmçinin hazırlanması texnologiyasına aid materiallar.

  • Pornoqrafik əşyalar, əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar.

  • Canlı heyvanlar.

  • Bitki və toxumlar.

  • Gizli kameralar, xüsusi məxfi rabitə vasitələri, onların şifrələri və istismarı haqqında ədəbiyyat.

  • Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.

  • Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.

  • Zinyət əşyaları, qiymətli metallar və qiymətli daşlar.

  • Pul əskinasları, sikkələr.

  • Akkumulyatorlar.

  • Batareyalar.

  • Mühərriklər.

  • Hover Board skuterlər.

  • Maşın yağları və maşın yağının olduğu bütün mallar.

  • Hava nəqliyyatı vasitəsi ilə daşınması qadağan olunan əşyalar.

  • Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olunan əşyalar.

  • Türkiyədən litium batareyalar və batareyalara sahib texnikalar.

  • Türkiyədən sənət əsərləri, müxtəlif  sənədlər.

* Türkiyə anbarında olan bağlamalar ödənişsiz olaraq iade edilir.

* Azərbaycana çatan İade müddəti 30 gün və üzəri olan bağlamalar iade olunur. İade haqqı 0-1 kilo bağlama 12 AZN, bağlama 1 kilo üzəri olduqda isə hər kiloqram üzrə 12 AZN təşkil edir. 

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər.
Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük ödənişləri ödənilir. 
300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük ödənişləri hesablanacaqdır.
Bağlamanın BKT-də saxlanılması zamanı ilk gün 15 AZN, sonrakı hər gün üçün 1 avro saxlanma haqqı hesablanır.
Xahiş edirik, sifariş verərkən diqqətli olun!

Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya Tracking number ( İzləmə nömrəsi ) təyin edir.
Bu nömrələr bağlamaların bəyan olunması üçün lazımdır. Bu nömrələr ölkə daxili kuryerlərdən fərqli olaraq fərqli adlandırılır. Bağlamanı izləmək üçün  UPS karqo “Tracking number”, Trendyol express “Gönderi Numarası”, Yurtiçi karqo ““Kargo Takip Numarası”, Aras karqoda “Kargo Takip Numarası”,  PTT Kargo ““Kargo Takip Numarası və ya Barkod no”, MNG karqo “Gönderi takip numarası”, Sürat Kargo “Kargo Takip Numarası” və s. təqdim edir.
Tracking number (izləmə nömrəsi) bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır.
İzləmə nömrəsi (Tracking number) hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır. 
Bağlamanız daşıyıcı şirkətin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.

Gecikmələrin yaranmaması və bağlama hesabında əks olunması üçün müştəri şəxsi hesabına daxil olaraq, sifarişi haqqında məlumatı əvvəlcədən bəyan etməlidir. Bəyənnamə - müştərinin sifariş etdiyi bağlama haqqında yük xarici anbara daxil olmazdan ƏVVƏL Trendex.az şəxsi hesabında  “BƏYAN  ET” bölməsində məlumat verməsidir. Sifariş haqqında məlumat bağlama xarici anbarlara ÇATDIRILMAMIŞDAN əvvəl qeyd olunmalıdır. Bir daha qeyd edək ki. müştəri məhsulu özü sifariş etdiyi halda sifarişdən dərhal sonra bəyannamənin doldurulması vacibdir. 

Trendex.az saytında bəyannamə necə doldurulur?

Türkiyədən sifariş siz tərəfindən verilirsə, trendex.az saytına daxil olaraq "Öncədən Bəyan Et" (yaşıl fonda) xanasını seçərək mallarınızı bəyan etmək mütləqdir. "Öncədən Bəyan Et" xanasına kliklədikdən sonra aşağıdakı məlumatlar doldurulmalıdır:
1. Malın gəldiyi ölkə
2. Kateqoriya (neçə ədəd mal varsa hər birinin kateqoriyası qeyd edilməlidir)
3. İzləmə nömrəsi (teslimat no)
4. Mağazanın adı
5. İnvoys qiyməti
6. Bağlamada olan məhsul sayı.
Sonda isə invoys faylı yüklədikdən sonra əlavə qeydiniz varsa, qeyd edirsiz, yoxdursa, yadda saxla düyməsinə klikləyirsiniz.


İstisnalar:

Nadir hallarda satıcılar müştərinin bağlamasını izləmə nömrəsi (teslimat numarası) təyin etmədən göndərir. Bu halda yalnız bağlama anbara daxil olduqdan sonra bəyannamə doldurulmalıdır.

Məlumatların düzgün qeyd edilməsi bağlamanın vaxtında çatdırılmasının ilkin şərtidir.

Bağlamanın düzgün bəyan olunması qaydası ilə və bəyannamə ilə bağlı bütün suallarınıza cavabı Trendex-ə zəng edərək də əldə edə bilərsiniz.
+994 12 310 04 10
+994 55 310 04 10

Bağlamaların çatdırılma müddəti məhsulun Trendexin xarici anbarına daxil olduğu vaxtdan hesablanır. Bağlamanız Trendexin xarici  anbarına daxil olduqdan sonra smart customsda bəyan edilməlidir. Smart customsda bəyan edildikdən sonra 3 iş günü ərzində Azərbaycana çatdırılır. Türkiyədən adi məhsullar həftədə 3 dəfə göndərilir, maye məhsulları isə Xüsusi reyslə həftədə 1 dəfə və ya 1 həftədən 1 göndərilir. 

Amerika saytlarına məxsus terminlər

Carrier – bağlamaların daşınılmasını öz üzərinə götürən şirkət və ya fiziki şəxs;

Customer – Trendex.az saytında qeydiyyatdan keçib və şirkətin xidmətlərindən istifadə edən hər hansı bir fiziki şəxs;

Shipping address – bağlamanın çatdırılma ünvanı;

Billing address – bank kartının qeydiyyatda olduğu ünvan;

Order number – sifariş nömrəsi;

Tracking number – bağlamanın izləmə nömrəsi;

Order confirmation – satıcı tərəfindən sifarişin təsdiq edilməsi haqqında məlumat;

Shipping confirmation – bağlamanın ünvana göndərilməsinin təstiq edilməsi haqqında məlumat.

  • Ünvan: 
  •  
  • 1. Bakı şəhəri. Nizami rayonu, Şirin Mirzəyev küçəsi 61, Q. Qarayev  m/s, Dominos Pizza-nın arxası. 
  • 2. Bakı şəhəri. Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 174, İnşaatçılar m/s, Ağ çiçəyim şadlıq sarayı ilə üzbəüz. 
  •  
  • İş saatları:
  •  
  • Qara Qarayev və İnşaatçılar filialları:
  • Bazar ertəsi - Cümə günləri:                       10:00 - 20:00
  • Şənbə günü:                                                     10:00 - 18:00
  •  
  • Müştəri xidmətləri, zəng mərkəzi və sosial media mesajlarının cavablandırılması: 
  • Bazar ertəsi - Cümə günləri:                       10:00 - 20:00
  • Şənbə günü:                                                     10:00 - 18:00
  •  
  • Mənim üçün Sifariş Et xidməti: 24 saat
  •  
  • Bazar günü qeyri-iş günüdür.

 

  • Onlayn alış-veriş zamanı “adres bilgiləri” bölməsinin xanaları Trendex hesabınızda təqdim edilən ünvana uyğun olaraq doldurulmalıdır.
  • Daşıyıcı şirkət istehsalçı deyil və heç bir satış xidməti göstərmir;
  • İstehsalçının səhvinə, satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə görə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına görə məsuliyyət daşımır;
  • Satıcı firma tərəfindən malın onun anbarına çatdırılması vaxtına görə heç bir məsuliyyət daşımır;

  • Bəzi internet mağazalar məhsullarının ölkədən ixrac olunmasının qarşısını almaq üçün məhsullarını xarici ölkələrə göndərmir və beynalxalq kartlarla olan ödənişləri qəbul etmirlər.
  • Trendex yükdaşıma şirkəti olaraq müştərilərimizin rahatçılığını düşünərək, sizlərə “Sifariş et” xidmətini istifadənizə verdik. “Sifariş et” xidməti ilə hazırda yalnız Türkiyədən olan sifarişlər qəbul olunur.
  • “Sifariş et” bölməsindən istifadə etmək üçün :

1. Trendex şəxsi hesabınızda “Sifariş et” bölməsinə daxil olun;

2. Seçdiyiniz  məhsulun linkini saytımızda “Link”  xanasına  yerləşdirin;

3.  Digər xanalarda məhsulun məlumatlarını qeyd edin;

4. “Məhsulun qiyməti” xanasında məhsulun dəyərini müvafiq ölkənin valyutasına əsasən (TL) qeyd edin;

5. Ölkədaxili “kargo” ödənişli və ya ödənişsiz olduğunu qeyd edin;

6. Yeni link əlavə etmək üçün (+) düyməsinə klik edərək yeni məhsulun linkini əlavə edə bilərsiniz.

7. İstifadəçi qaydaları ilə razılaşdığınız təqdirdə “sifariş et” düyməsinə klik edib və ödənişi tamamlayın.

8. Sifarişlərinizi ödədikdən sonra “ödənildi” statusunda olan  sifarişlər qısa zaman ərzində əməkdaşlarımız tərəfindən təsdiq olunur.

9. Alış tamamlandıqdan sonra sms bildiriş göndərilir.

  • Qeyd : “Sifariş et” xidmətinə məhsulun dəyərindən əlavə 5% komissiya tətbiq olunur.
  • Şirkətimiz sifarişçinin sifariş etdiyi onlayn mağazanın etibarlılığı ilə bağlı heç bir məsuliyyət daşımır.
  • Ödəniş, sifariş olunan xarici ölkənin valyutası ilə aparılır, əlavə bank komissiyalarına görə şirkət heç bir məsuliyyət daşımır.
  • İstehsalçının səhvinə, satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə görə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına görə məsuliyyət daşımır.
  • Sifariş olunmuş məhsulun ödənişi hər hansı səbəbdən geri qaytarılarsa, 5% komissiya geri qaytarılmır.
  • Ödənişlərin karta geri qaytarılması 15  gün müddətində icra olunur, bəzi hallarda bu müddətə bir neçə gün banklardan asılı olaraq əlavə ola bilər

Bildirmək istərdik ki, məhsullar Trendexin xarici anbarına daxil olduğu günün sonuna qədər sistemə giriş olunur və bu barədə sizə bildiriş göndərilir. 

Biz yalnız anbarın iş saatları çərçivəsində təhvil verilən və anbar əməkdaşlarının imzası ilə təsdiq olunan bağlamalara görə məsuliyyət daşıyırıq. Xarici anbarların iş saatları ilə “Xarici anbarların iş saatları” bölməsində tanış ola bilərsiniz.

Bağlamanız qeyd olunan vaxt ərzində hesabınızda əks olunmadıqda araşdırma aparılması üçün TDX nömrənizi, bağlamanın trek nömrəsini, hansı kuryer xidməti ilə çatdırıldığını və bağlamanızın invoys sənədini +994553100410 whatsapp nömrəsinə yazaraq müraciət edin. Müraciətiniz araşdırılacaq və bu barədə sizə məlumat təqdim olunacaqdır.

Diqqətinizə çatdırırıq ki, Türkiyədən malların çatdırılması zamanı Beynəlxalq Hava Nəqliyyatında qaydalara uyğun olaraq, daşınan bağlamalar iki yolla ölçülür:

1. Fiziki çəki;

2. Həcmli çəki.

* Türkiyədən sifariş olunan məhsulların qablaşdırılmış şəkildə üç tərəfinin cəmi 120 santimetrdən çox olarsa, onda daşınma hər iki çəki göstəricisini nəzərə alacaqdır və daşınma böyük göstəriciyə əsasən hesablanacaqdır.

Bağlamaların ölçüləri böyük olduqda (təyyarədə daha çox yer tutduqda) əvvəlcə hər iki çəki hesablanır, daha sonra göstəricisi böyük olan çəki daşınma çəkisi kimi seçilir.

Beynəlxalq hesablama standartlara uyğun olaraq həcmi çəki aşağıdakı kimi hesablanır:

(En x Uzunluq x Hündürlük)/6000  = Həcm çəkisi (kg)

. Sifariş verərkən diqqətli olmağınızı xahiş edirik.

Nəzərinizə çatdırırıq ki, Bakı anbarına çatdırılmış bağlamalar 6 ay ərzində anbarda ödənişsiz saxlanılır. Əgər 6 ay ərzində bağlamanızı təhvil almamısınzsa 6 ay tamam olduqdan sonra bağlamalarınız sistemdən silinərək şirkət hesabına keçirilir

 

Bu, Türkiyədən istənilən məhsulun alınmasına xidmət edən kompleks servis xidmətidir. Bu tip sifariş zamanı biz sizin adınızdan Türkiyə internet-mağazasından sifariş edirik.  Satıcı ilə bütün müvafiq tədbir və danışıqları aparırıq. Bu halda bizim komissiyamız ümumi məhsulun dəyərinin 5% təşkil edəcək, Azərbaycana daşınma xidmət haqqı bu məbləğə daxil deyil.

 

 

 

1.Trendex.az saytdan qeydiyyatdan keçirsiniz. Trendex şəxsi hesabınızda Türkiyədə yerləşən anbar ünvanı əks olunacaq. İstənilən sayta daxil olursunuz, bəyəndiyiniz məhsulu səbətə əlavə edirsiniz, kredit kartınızla ödəyirsiniz və çatdırılma ünvanı olaraq saytımızda qeyd edilən ünvanı göstərirsiniz. Sifarişinizi tamaladıqdan sonra "bəyan et" bölməsindən bəyannamə əlavə etməlisiniz.
 
2. “Sifariş et” xidməti vasitəsi ilə sifariş Siz bizim vasitəmizlə sifariş etmək istəyirsinizsə, o zaman Trendex.az saytda, şəxsi hesabınıza daxil olaq, "sifariş et" düyməsinə klik edərək, seçdiyiniz məhsulun linkini əlavə edirsiniz, “ödə” düyməsinə klik etdikdə, məhsulun ödənişi həyata keçirirsiniz və bizim tərəfimizdən ən qısa zamanda sifarişiniz tamamlanır.

Onlayn satış mağazasında alış tamamlandıqdan sonra müəyyən vaxta bağlama müştərinin qeyd etdiyi ünvana çatdırılır. Bunun üçün bağlama Türkiyədaxili kargoya (kuryerə) təhvil verilir. Yükün anbara çatdırılması kuryer xidməti və ölkədən aslı olaraq 3 gündən 1 ayadək uzadıla bilər.

Bağlama anbara təhvil verilmədən, Trendex şirkətinin müştərinin yükü haqqında məlumatı olmur və şirkət yük anbara təhvil verilənədək heç bir öhdəlik daşımır.

Bağlamanız Trendexin xarici anbarına təhvil verildikdən sonra həmin günün sonuna qədər hesabınızda əks olunur.

Bağlamalar Bakı ofisinə daxil olunduqdan sonra emal olunur və müştərilərə SMS və mobil tətbiq vasitəsi ilə məlumat təqdim olunur.

“Kapıda ödəmə” xidmətindən istifadə etdikdə məhsul Trendexin xarioci anbarına çatdırıldığı zaman Trendex tərəfindən məhsulun ödənişi ödənilir və sizə borc olaraq qeyd olunur.

“Onlayn kuryer” xidməti vasitəsilə Bakı anbarımıza daxil olan bağlamaların birbaşa evinizə çatdırılmasını həyata keçiririk. Ofisə gəlmədən onlayn kuryer sifarişi ilə rahatlıqla bağlamalarınızı əldə edin.⁣⁣

Kuryer sifarişini Trendex.az saytına və ya mobil tətbiqə daxil olaraq onlayn formada həyata keçirə bilərsiniz. Bunun üçün Trendex.az saytında və ya mobil tətbiqdə hesabınıza daxil olun, ”Kuryer sifarişi” bölməsinə keçid edərək “Yeni sifariş” düyməsinə klikləyin, açılan pəncərədə çatdırılmasını istədiyiniz bağlamaları seçib ”Şəhər, nişangah, ünvan, telefon, çatdırılma tarixi” bölmələrini dolduraraq “Yadda saxla” düyməsinə klikləyin.⁣⁣

Bağlamalarınızı 24 saat ərzində təhvil alacaqsınız. Kuryer haqqı sifariş zamanı hesabınızda əks olunacaqdır. Bağlamaların daşınma haqqını və kuryer ödənişini istəyinizə görə onlayn və ya nağd şəkildə ödəyə bilərsiniz.

Onlayn alış-veriş hər kəsin haqqıdır. Buna görə də Azərbaycanın hansı bölgəsində olmağınızdan asılı olmayaraq bağlamalarınızı sizə çatdırırıq. Bildirək ki, poçt çatdırılması üçün sifariş bağlama Bakı ofisində olan zaman qəbul edilir. Azərpoçt sifarişi üçün Trendex.az saytında və ya mobil tətbiqində  "Azərpoçt sifarişi" bölməsinə daxil olub sizdən tələb olunan məlumatları qeyd edib, ödəniş etməyiniz kifayətdir.  
Bağlamanızın poçtla göndərişini sifariş etmək üçün, daşınma haqqı və poçt ödənişi öncədən ödənilməlidir. Bağlamalar Azərpoçt vasitəsilə Azərpoçtun tariflərinə uyğun olaraq göndərilir. 0-1 kq-lıq məhsul üçün ödəniş 4.40 AZN-dir. Əlavə hər kilo aralığı üçün isə 0.60 AZN əlavə olunur. Poçtun çatdırılma müddəti, rayondan aslı olaraq 1-5 iş günü təşkil edir.

Əgər siz öz hesabınızda Bakı ofismizdə olan bağlama(lar)ınızı yaxınlaşıb, təhvil ala bilmirisinizsə, bu zaman başqa bir şəxsə sizin adınıza bağlamanı təhvil alması üçün etibarnamə verə bilərsiniz. Bunun üçün Siz trendex.az saytında və ya mobil tətbiqdə hesabınıza daxil olub, şəxsi hesabda "Etibarnamələr" bölməsindən bağlamanı təhvil almasını istədiyiniz şəxsin şəxsiyyət vəsiqəsində olan məlumatları daxil edib, ona etibarnamə verə bilərsiniz. Etibarnamə verdiyiniz şəxs sizin müştəri kodu və öz şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, bağlamanı təhvil ala bilər. Etibarnamə verməkdə say limiti yoxdur. Siz istənilən qədər etibarnamə əlavə edə bilərsiniz.