İstifadəçi şərtləri
* “Trend Express MMC” (Trendex) Şirkəti (bundan sonra – “İcraçı”) İcraçının müxtəlif ölkələrdə yerləşən anbarlarından hazırkı İstifadəçi Razılaşmasının şərtlərinə uyğun olaraq www.Trendex .az saytında qeydiyyatdan keçən yetkinlik yaşına çatmış fiziki və hüquqi şəxs (bundan sonra - “Müştəri”) üçün malların (bağlamaların) çatdırılması üzrə xidmətləri həyata keçirir.
* Müştərinin “Trendex .az” saytında qeydiyyatdan keçməsi pulsuz və könüllüdür. Müştərinin saytda qeydiyyatdan keçməsi hazırkı Razılaşmanın və onun bütün əlavələrinin qəbul edilməsini bildirir.
* Müştəri şəxsi istifadə üçün ay ərzində 300 USD məbləğində mal sifariş edə bilər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq. 300 USD limiti keçilərsə Müştəri Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri ödəməlidir.
* Sifariş et xidmətindən istifadə edildikdə 5% ödəmə komissiyası tutulur.
* Sifariş et xidmətindən istifadə edən Müştər malın Türkiyə daxili çatdırılma haqqını da qeyd edib, ödənişini etməlidir. Əgər Müştəri Türkiyə daxili çatdırılma haqqını öncədən ödəməyibsə həmin məbləğ balansda mənfi qeyd olunacaq və Bakı anbarında Müştəriyə təhvil verilən zaman həmin məbləğ Müştəridən alınacaq.
* İcraçı çatdırılma Xidmətlərinə görə müştəridən xidmət haqqı alır.
* Əgər Müştəri Razılaşmanın heç olmazsa bir bəndi ilə razı deyilsə, İcraçının Xidmətlərindən istifadə etmək hüququna malik olmur.
* İcraçı Müştəri tərəfindən müstəqil olaraq internet-mağazada ödənişi aparılmış malları öz anbarına qəbul etmək öhdəliyini götürür, bu şərtlə ki, İcraçıdan alınan ünvan və malı alana aid məlumatlar dəqiq göstərilmiş olsun. Anbarda qəbul olunmuş mallar İcraçı tərəfindən açıla və yenidən qablaşdırıla bilər.
* Müştərinin İcraçının anbarında və ya Azərbaycanda kuryer xidmətinin bölməsində Bağlamanı alması anından etibarən İcraçı tərəfindən xidmətlər tam həcmdə göstərilmiş hesab edilir.
* Xidmətlərin göstərilməsi üçün İcraçı Müştərinin razılığı olaraq poçt və kuryer xidməti kimi üçüncü şəxsləri cəlb etmək hüququna malikdir.
* Müştəri əvvəlcədən malın parametrlərini və xüsusiyyətlərini müstəqil şəkildə seçərək sifarişi tamamlayır.
* Müştəri göstərilən malların qiymətini malın satıcısına ödəmək öhdəliyini götürür.
* Müştəri internet üzərindən alış zamanı çatdırılma ünvanı (Trend Express MMC-nin müvafiq ölkədə anbar ünvanı) və personal məlumatları tam və dəqiq göstərməlidir. Müştəri tərəfindən internet üzərindən alış zamanı çatdırılma ünvanı və ya personal məlumatlar səhv və yaxud yalnış qeyd olunarsa və nəticə etibarı ilə bu yüklərin çatdırılmasında problem yaradarsa və yaxud çatdırmanı ümumiyyətlə mümkünsüz etdiyi halda Trend Express MMC heç bir məsuliyyət daşımır.
* İcraçı anbarına qəbul etdiyi malların keyfiyyət və dəstliyinə görə məsuliyyət daşımır, eləcə də Müştərinin internet-mağaza vasitəsi ilə əldə etdiyi mallara zəmanəti təmin etmir.
* İcraçı öhdəlik götürür ki, satıcının poçt xidmətinin çatdırdığı məhsulu öz anbarına qəbul edəcək ( anbarda saxlanılması qadağan olan məhsullar istisna ) , çəkəcək və qablaşdıracaq, sonra isə İcraçının Azərbaycandakı anbarına nəql edəcəkdir.
* İcraçı malı aldıqdan sonra 3 iş günü ərzində Müştərini malın İcraçının anbarına qəbul edilməsi haqqında müvafiq bildirişin Müştərinin www.Trendex.az saytında qeydiyyat zamanı göstərdiyi elektron ünvana göndərilməsi yolu ilə bildirişlə məlumatlandırılmasına, eləcə də onu Müştərinin şəxsi səhifəsində əks etdirilməsinə borcludur. Bəyan edilməmiş bağlamanın İcraçının anbarında saxlanma müddəti 30 təqvim günü təşkil edir.
3.7. Müştəri əldə etdiyi malın poçt xidmətinin çatdırılma şərtlərinə və qüvvədə olan Azərbaycan və sifariş etdiyi müvafiq ölkənin qanunlarına, o cümlədən Azərbaycanın Gömrük məcəlləsinə müvafiq olmasına görə məsuliyyət daşıyır. İcraçı o halda Müştəriyə Xidmətlərin göstərilməsindən imtina etmək hüququna malikdir ki, mal poçt xidmətinin çatdırılma şərtlərinə və qüvvədə olan Azərbaycan və sifariş etdiyi müvafiq ölkənin qanunlarına, o cümlədən Azərbaycanın Gömrük məcəlləsinə müvafiq olması.
* Malın nəql edilməsi avia-daşıma yolu ilə həyata keçirilir. Nəqletmənin orta müddəti anbarın yerləşdiyi ölkəyə uyğun olaraq dəyişir. Adətən bu anbardan göndərilməsi anından etibarən 4-5 iş günü təşkil edir. Nəqletmənin qiyməti haqqında məlumat malın Azərbaycan ərazisinə gəlib çatması ilə Müştərinin şəxsi səhifəsində əks olunur.
* Malın İcraçının Azərbaycandakı anbarına çatdırılmasından sonra İcraçı tərəfindən Müştərinin www.Trendex.az saytında qeydiyyat zamanı göstərdiyi elektron ünvanına bildiriş göndərilir. Müştərinin malının anbarda saxlanması müddəti 10 təqvim günü təşkil edir. Saxlanmanın başlanğıcı malın İcraçının Azərbaycandakı anbarına daxil olduğu gün hesab edilir.
* Bağlamanın üçüncü şəxsə verilməsinə yalnız o hallarda yol verilir ki, o,aşağıda sadalanan sənədlərdən birini təqdim edə bilsin:
- www.Trendex.az saytında müvafiq bölmədən etibar etdiyi şəxslərin məlumatlarını əvvəlcədən elavə etmiş olsun;
- qeydiyyatdan keçmiş bağlama alanın şəxsiyyətini təsdiq edən sənədin (pasport,sürücülük vəsiqəsi və ya qüvvədə olan Azərbaycan qanunvericiliyinə müvafiq olaraq digər sənədin) əslini;
- Müştəridən alınan – üçüncü şəxsin adına notarial qaydada verilmiş etibarnamə (üçüncü şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə).
* Müştəri "mənim üçün sifariş et" xidmətindən istifadə etdikdə müştəridə 20 TL-yə qədər borc müştəriyə məlumat verilmədən sifariş həyata keçirilə bilər. Bu zaman müştəri bağlamasını əldə edən zaman daşınma haqqı ilə birlikdə məhsulun alışından yaranan borcu da ödəməlidir əks halda bağlama müştəriyə verilə bilməz.
* Müştəri müstəqil şəkildə hazırkı Razılaşmanın mətni ilə tanış olmaq, Razılaşma və onun əlavələrdə dəyişikliklərin mövcud olmasını yoxlamaq öhdəliyini götürür.
* Müştəri İcraçı tərəfindən ona göstərilən xidmətlərlə əlaqədar olan hesabları vaxtında ödəmək və xərcləri qarşılamaq öhdəliyini götürür. İcraçı Xidmətlərin göstərilməsi üçün ona təqdim edilən vəsaitlərin kifayətli olmaması halında Müştəriyə xidmət göstərmir.
* Müştəri əvvəlcədən şəxsi səhifəsində bəyan etməklə məhsulun İcraçının müxtəlif ölkələrdə yerləşən anbarlarına daxil olmasını müstəqil şəkildə www.Trendex.az şəxsi hesabında izləmək öhdəliyini götürür
* Müştəri təsdiq edir və zəmanət verir ki, Müştəriyə üçüncü şəxslərin, malın satıcısı və poçt xidmətləri də daxil olmaqla, lakin bununla da məhdudlaşmayaraq hərəkətləri nəticəsində dəymiş zərərlə əlaqədar olaraq hər hansı bir öhdəliklər və xərclər səbəbindən yaranmış mübahisələr üzrə İcraçını cavabdeh kimi cəlb etməyəcəkdir.
* Müştəri öz adı, soyadı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, FİN kodunu, yaşayış ünvanı, telefon, elektron poçt ünvanını və digər tələb edilən məlumatları www.Trendex.az saytında qeydiyyat zamanı dəqiq göstərmək öhdəliyini götürür.
* Müştəri haqqında məlumatların məxfiliyini qorumaq. Müştəri haqqında məlumatlar üçüncü şəxslərə yalnız Azərbaycan qanunvericiliyində nəzərdə tutulan hallarda təqdim edilə bilər.
* Müştəri tərəfindən sifariş etdiyi məhsulun www.Trendex.az veb saytında bəyan edilməsi (göndərənin adının, malın adının və onun invoice sənədinin təqdim edilməsi) mütləqdir. Müştəri gömrük rəsmiləşdirilməsi zamanı yük barədə tam və dolğun məlumatın verilməsinə və bəyannamənin düzgün doldurulmasına görə məsuliyyət daşıyır
* Azərbaycan ərazisinə çatdırılmış malın gömrük rəsmiləşdirilməsi prosedurasına görə məsuliyyəti müştəri daşıyır.
* Müştəri tərəfindən Azərbaycan ərazisinə gətirilməsi qadağan edilən malın gətirilməsi halında belə mal Azərbaycan Dövlət Gömrük orqanları tərəfindən müsadirə edilə, müştərinin üzərinə isə inzibati-cinayət məsuliyyəti qoyula bilər. Bu halda İcraçı heç bir məsuliyyət daşımır.
* Çatdırılma haqqı www.Trendex.az saytında yerləşdirilib.Yükün çatdırılma haqqı Müştərinin şəxsi kabineti vasitəsilə onlayn və ya ofisdə nəğd şəkildə ödənilə bilər.
7.3. İATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) dərc etdiyi TACT Rules (Yük Hava Daşıma Təlimatı) qaydalarına əsasən hansı çox olduğundan asılı olaraq daşıma haqqının hesablanması üçün əsas kimi yükün həcm ölçüləri və yaxud faktiki çəkisi götürülür.
7.4. Müştəri, İcraçının internet səhifəsində (www.Trendex.az internet səhifəsində “Daşınılması qadağandır” ) qeyd olunan daşınması qadağan edilmiş əşyaların siyahısı ilə tanış olmalıdır .
7.6. Müştəri hazırkı şərtləri qəbul etməknən www.Trendex.az saytında dərc olunmuş aşağıdakı hesablama vasitələri (online kalkulyatorlar) ilə tanış olduğunu və tam anladığını (riyazi ölçmə, parametrlərin konvertasiyası, həcmin ölçülməsi və s) təsdiq edir.
* Daşıma haqqının həcm və yaxud faktiki çəki üzrə hesablanması qaydası ilə tanış olmamış, Müştərinin sonradan yaranan tələbi əsassızdır və qəbul edilmir.Qeyd edək ki,Xarici anbara daxil olan bağlamaların geri iadəsi mümkün deyil.
* İcraçı daşınma haqqı, şərtlər və ödəniş qaydalarına istənilən an dəyişikliklərin edilməsi hüququnu özündə saxlayır. Bu dəyişikliklər qəbul edilən andan dərhal sonra İcraçının rəsmi veb səhifəsində tanış olunması üçün dərc olunur.
* Müştəri tərəfindən xidmətin ödənişi Azərbaycan Respublikasında şirkətin bank hesabına Mərkəzi bankın ödəniş gününə olan məzənnəsi ilə İcraçı tərəfindən xidmətin göstərildiyi valyutaya əsasən (Avropa ölkələrindən daşınma-AVRO, digər ölkələr-ABŞ dolları) Azərbaycan Respublikası manatı (AZN) ilə aparılır.
* İcraçının Bakı və ya regionda (olduğu təqdirdə) yerləşən anbarına daxil olan yüklər 10 (on) gün ərzində Müştəri tərəfindən təhvil alındığı təqdirdə həmin yüklərə anbar saxlama haqqı tətbiq etmir. Çəki və yer sayından asılı olmayaraq hər əlavə gün üçün 0,50 azn saxlama haqqı tutulur.
* Müştəri tərəfindən hər hansı səbəbdən yükün təhvil alınmasından imtina, yalnız, onun, şirkətin rəsmi veb-səhifəsində yaratdığı şəxsi kabinet üzərindən (e-mail) daxil olan cavabdan sonra qəbul edilir.
* Müştərinin adına daxil olan yükün təhvili onun eyniləşdirilməsini mümkün edən sənəd əsasında həyata keçirilir. Müştəri şəxsən onun adına daxil olan yükü təhvil ala bilmədiyi təqdirdə, yük Müştərinin onu təhvil alınmasına dair verdiyi və etibarnamədə göstərilən şəxsə təhvil verilə bilər.
* Müştəri bağlamanı təhvil alarkən bağlamanın tam və zədəsiz halda olduğunu yoxlamalı və yalnız buna əmin olduqdan sonra ödəniş edib bağlamanı təhvil almalıdır. Əks təqdirdə bağlamanın məhz daşınma zamanı zədələndiyi haqqında iddia qəbul edilmir.
* Kuryer sifarişi Trendex.az saytı vasitəsiylə onlayn olaraq həyata keçirilir və bu xidmət haqqı kuryer tariflərinə əsasən hesablanılır.Kuryer tarifləri bağlama çəkisindən asılı olmayaraq əraziyə uyğun olaraq standart tarifə malikdir.Kuryer sifarişini "redaktə" etmək mümkün deyil.Kuryer çatdırılması kuryerin bağlamanı təhvil alınmasından sonraki 48 saat ərzində icra edilir. Kuryer sifarişindən imtina edildikdə bağlamalar anbara qaytarılır və "Bakı ofisi" statusu alır ancaq bu halda kuryer ödənişi qüvvədə qalır.Kuryer sifarişindən icraçının imtinası o halda baş verir ki, ünvan ,mobil nömrə yalnış olduqda (qeyd edilmədikdə) və ya müştəri qeyd etdiyi ünvanda olmadığı halda.Sifariş növbəti günə,müştərinin təkrar sifariş etməsindən sonra 48 saat ərzində həyata keçirilir.
QEYD : Bağlamalar kuryer ünvana yaxınlaşan zaman yoxlanılmalıdır.Hər hansı bağlama ilə bağlı problem yaşanarsa müştəri yerindəcə və ya təhvil aldıqdan 24 saat ərzində məlumat verməlidir.Əks halda sorğular əsassız sayılır və heç bir tədbir həyata keçirilmir.
* Müştəri anlayır və qəbul edirki, İcraçının və yaxud hər hansı səlahiyyətli dövlət qurumunun (gömrük və s.) istənilən anda yükü açmaq və ona baxışın keçirtməsi hüququ vardır.
* İcraçının, Müştəri tərəfindən internet üzərindən alınan və İcraçıya daşınma üçün verilən, yükün qorunmasına dair məsuliyyəti həmin yükün İcraçının müvafiq ölkədə yerləşən anbarına daxil olduğu andan başlayır və həmin yükün Müştəriyə təhvil verilən anadək davam edir.
* İcraçı onun müvafiq ölkədə olan anbarına (həmin ölkənin kuryer və ya poçt vasitəsilə) zədələnmiş və yaxud Müştərinin internet üzərindən sifariş etdiyi yükdən fərqli yük daxil olan hallara, həmçinin beynəlxalq yük daşınma qaydalarına əsasən düzgün qablaşdırılmamış, lazımı qoruyucu vasitələrlə əhatə olunmamış (hava yastıqları, penoplastlarlar olan, fiziki zədə olmayan) və qutu üzərinə məhsulun daşınma qaydaları barədə xüsusi işarələr (məsələn, “fragile”) əlavə olunmamş bütün həssas məhsulların daşınması zamanı yükün zədələnməsinə görə heç bir məsuliyyət daşımır.
* Tərəflər fors-major səbələrinə görə hazırkı şərtlər üzrə götürülmüş öhdəlikləri vaxtında, tam və lazımınca icra edə bilmədikdə, həmin öhdəliyin icrası vəzifəsindən və bununla bağlı məsuliyyətdən müvafiq nisbətdə azad edilirlər. Bu maddədə “forsmajor” termininin işlədilməsi təbii fəlakətlər, epidemiya, partlayışlar, yanğınlar, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, vətəndaş ixtişaşları və s. analoji səbəblər hökumətin və digər səlahiyyətli orqanların qanuni sərəncamları, həmçinin də ölkənin ərazisindən kənar gözlənilməz və həlli hökumət (və ya tərəflər) tərəfindən qeyri mümkün ola bilən səbəbləri özündə cəmləşdirir.
* Hazırkı şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi əsasında tənzimlənir. Tərəflər arasında yaranan hər hansı anlaşılmazlıq və ya mübahisə qarşılıqlı anlaşma və razılıq əsasında həll olunur.
* Tərəflər qarşılıqlı anlaşma və ya razılaşma əldə edə bilmədikləri halda Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edə bilərlər