+994 12 310 04 10
Qeydiyyat
Qara qarayev m/s

Karqo (Kargo) çatdırılma xidməti

13.02.2022

trendex karqo catdirilma xidmeti her zaman sizinle

Artıq illərdir hər birimiz onlayn alış-verişdən yararlanırıq. Bu, həm büdcəmizə, həm də zamana qənaət etməyə imkan verir. Xaricdən ən çox alış-veriş edilən ölkələrdən əsası Türkiyədir. Çünki buradan ölkəmizdə olan bir çox brendi daha ucuz qiymətə əldə edirik. Bununla yanaşı oflayn alış verişdən fərqli olaraq hər hansı məhsulu tapmaq üçün saatlarla vaxt keçirmək məcburiyyətində qalmadan oturduğumuz yerdən bəyəndiyimiz geyim və ya hər hansı əşyanı sifariş veririk. İnsanlar onlayn alış-verişin rahatlığını gördükcə daşınma şirkətlərinə müraciət edərək məhsullarını birbaşa xaricdən sifariş verir. Bu zaman əsas məsələ karqo (karqo sözü həm, kargo, həm də karqo kimi istifadə olunur) çatdırılma xidmətini göstərən şirkəti doğru seçərək bağlamanı həm sürətli, həm də qısa zamanda əldə etməkdir.

bu sekilde kargo catdirilma xidmeti qeyd olunub

Kargo çatdırılma xidməti göstərən Trendex vasitəsilə geyim, aksesuar, ev tekstili, kosmetika və parfümeriya, kitab, vitaminlər qida əlavələrini sifariş etmək mümkündür. Siz onlayn mağazalardan məhsulları həm özünüz, həm də “Həvalə et” xidmətindən istifadə etməklə sifariş edə bilərsiniz.

Karqo çatdırılma xidməti göstərən şirkətlər müştərilərin Türkiyənin müxtəlif şəhərlərində aldıqları malları birləşdirib daha sonra qrup yüklərinin bir hissəsi olaraq ən aşağı qiymətə daşımaq imkanı əldə edirlər.

Müəyyən bir daşınmanın dəyəri göndərilən məhsulun növündən asılıdır. Kargo xidmətləri daşınan malların xüsusiyyətlərini nəzərə alan müxtəlif tariflərlə fəaliyyət göstərir: ölçüləri, çəkisi və s. Logistika xidmətlərinin qiymətləri haqqında bütün lazımi məlumatları seçdiyiniz karqo çatdırılma xidmətinin məsləhətçilərindən əldə edə bilərsiniz.

bu fotoqraf kargo çatdırılma xidmətini əks etdirik

  • Paylaş:

Oxşar xəbərlər