
Xaricdən ən çox alış-veriş edilən ölkələrdən əsası Türkiyədir.
Türkiyə sərfəli qiymətə yüksək keyfiyyətli sənaye və tekstil məhsulları istehsal edir. Azərbaycan istehlakçıları Türkiyə istehsalı olan malları aktiv şəkildə alırlar. Ona görə kargo Baku-Türkiyə malların çatdırılması çox populyardır.
Trendex sizə Türkiyədən sərfəli daşıma xidmətini təklif edir.
Bizi seçən müştərilər məhsullarını tez, təhlükəsiz və həmçinin daha kiçik büdcə ilə əldə edə biləcəklər.
Türkiyədən daşıma xidmətlərinin sayca çoxluğa doğru getdiyi bu dönəmdə hər bir müştəriyə individual yanaşırıq və məmnuniyyəti üçün maksimum diqqətlə işləyirik.
Əsas məqsədlərimizdən biri gecikməyən çatdırılmanı təmin etməkdir. Bu istiqamətdə kargo Baku-Türkiyə şirkəti olaraq önəmli kriteriyaları və sertifikasiyaları özümüzdə cəmləşdiririk.
Trendex məhsulun Türkiyə anbarına daxil olduğu andan Azərbaycana çatdırılması prosesinə cavabdehdir. Türkiyə daxili kargo müvafiq kargo şirkətinin məsuliyyətindədir. Online mağazalardan məhsul sifariş edərkən mütləq həmin məhsulu əldə edən müştərilərin rəylərini nəzərdən keçirin. Məhsulun keyfiyyətindən əlavə çatdırılma müddəti punktuna da diqqət edin. Çalışın “Hızlı Teslimat” yazılan məhsulları sifariş edin. Bu zaman Türkiyə daxili çatdırılma daha sürətli həyata keçirilər. Növbəti mərhələdə məhsulunuzu Smart Customs-da bəyan edin, vəssalam, sonrasında ürəyinizi buz kimi saxlayın. Trendex sifarişinizi ən optimal müddətdə Azərbaycana çatdıracaq. Azərbaycana çatdırıldıqdan sonra istəsəniz filiallarımızdan təhvil alın, istəsəniz qapınıza qədər çatdırılma edək. Starex-də sizin rahatlığınız üçün hər şey düşünülüb.